Və cəhd edin Allahda Ona haqq cəhdlə. O seçdi sizi və etmədi sizin üzərinizə dində çətinlik – atanız Ibrahimin millətidir. O adlandırdı sizi bundan qabaq təslimolan və bu da, olsun rəsul şahid üzərinizdə və olasınız şahidlər insanlar üzərində. Və qalxın ayağa islahata və əta edin zəkatı və yapışın Allah ilə - O Mövlanızdır sizin. Və gözəl Mövla və gözəl Nəsirdir!

Quran 22-ci surə 78-ci ayət

 

AZE RUS ENG

Yeniliklər və anonslar

Birbaşa yayım


Güvənirik Allah ilə şeytandan mürəciət etmişdən.
Ismi ilə Allahın - Rəhmanın, Rəhimin!

 


Güvənirik Allah ilə şeytandan mürəciət etmişdən.
Ismi ilə Allahın - Rəhmanın, Rəhimin!
Həmd Allah üçündür Rəbbidir aləmlərin.
Aqibət müttəqilər üçündür.
Allahın sülhü və əminamanlığı olsun üzərinə o kəslərin, ki iman gətirdilər və əməli salehdirlər və biri birini haqq ilə və biri birini səbr ilə tövsiyə etdilər.
Və Allahın lənəti olsun Onun və inanların düşmənlərinin uzərinə - o kəslərin ,ki kafirdirlər - ta bu gündən qiyamətin gününə qədər və sonra …!!!

XX əsrin axırı XXI əsrin əvvəlində Allah tərəfindən seçilib qaldırılmış Allahın rəsullarından, məhdilərindən, nəbilərindən, imamlarından biri olan Ağayev Hamlet İnqilab oğlu Allahın risalətini təbliğ edir və Allahın Quranı ilə yol tutub gedir. Hamlet ə.s. nə sağlardan, nə sollardan, nə şiə, nə sünni, nə vahabi, nə sələfi deyil . Qurandan Alllahın öyrətdiyi-göstərdiyi kimi, İbrahim ə.s.-ın hənif millətinə tabe olan Allahın bəndəsidir. Ətrafındaki insanları narkomaniyadan, əyyaşlıqdan və başqa pis-naqis əməllərdən uzaq olmağa çağıran, il boyu siyam (oruc) olan, həyatını Allahın razı qaldığı tərzdə yaşayan və yaşamağa çalışan və axirəti düşünən bir kəsdir. Bizə məlum olmayan səbəblərdən Bakı şəhəri Binəqədi rayonu ərazisində 18 oktyabr 2012-ci ildə axşam radələrində şər və böhtan vasitəsi ilə həbs edilmişdir. Bu ləkəni yaxmaq istəyənlərə demək istəyirik ki, qorxun Allahdan. Bu ləkə insanların gözündə görsənə bilər, ancaq unutmayın ki, bizə görmək üçün gözlər verən Allah həqiqəti bilir. Bilin ki, bu gün sizlər belə bir kəsi haqsız yerə mühakimə etmək istəyirsinizsə, bir gün olacaq ki, (və o gün də çox yaxındır) siz haqq olan Allahın məhkəməsində cavab verəcəksiz. Necə ki, sizdən öncəkilər kimi, Allaha tərəf çağırış edən, insanları pis əməllərdən uzaq olmağa çağıran Allah bəndələrinə qarşı etdikləri haqsızlıqlara görə həm bu dünyada, həm də axirətdə Allah tərəfindən başlarına gələn bəla və cəza sizləri də gözləyir. Hamlet ə.s.-ın ətrafında yüzlərlə insan var ki, başı ilə hazırdırlar cavab verməyə ki, bu ağ yalandır, böhtandır. Ağayev Hamlet özü və ətrafında olanlar, insanlar baxımından böyük qəbahət sayılmayan heç siqaretdən belə istifadə etmədikləri halda onun güya ki, maşınından narkotik maddə çıxmaqla ittiham olunur. Bunu Allah da bilir və nə qədər onun ətrafında  insanlar da bilirlər ki, bu açıq-aşkar yalandır, böhtandır, şərdir. Elə bilməsinlər ki, Allah bu haqsızlığı yerdə qoyacaq. Nə qədər ki, Allahın qəzəbi və cəzası gəlməyib qayıdın Allaha tərəf – Ağayev Hamletə qarşı və onun kimi, kəslərə qarşı haqsızlıq etməyin, qorxun Allahdan. Bilin ki, Allah cəzada da, intiqamda da çox şiddətlidir. Biz bu sözləri deməklə heç də sizlərin cəzalanmasını istəmirik, əksinə elə Allahdan qorxduğumuz üçün Allah öyrətdiyi kimi, haqqı söyləyirik. Çünki biz Allahın rəsulları və nəbiləriyik. Allahın Quranından aldığımız tərbiyəyə görə, biz insanların məhvini yox sülhünü istəyirik. Qayıdın Allaha tərəf, ola ki, sizə rəhm olunsun. Biz Allaha şıkayət edirik və bu müraciətlə istəyirk ki, bu məsələ dövlət başçısı tərəfindən nəzarətə götürülsün və aidiyyatı olan orqanlar haqq-ədalətin keşiyində dursunlar. Və biz istəməzdik ki, çiçəklənməkdə olan bizim bu respublika belə haqsızlıq, ədalətsizlik üzündən Allahın qəzəbinə gəlsin. Hamlet ə.s.-ın haqqında edilən bu ədalətsizlik, insafsızlıq, böhtan,iftira, yalan bir daha onu göstərir ki, o Allahın seçib qaldırdığı rəsuludur. Hamlet ə.s. rəsulallahdır. Ay Allahın rəsulu olan Hamlet ə.s., qardaşımız səbirli ol, Allah səbirlilərlədir. Haqq gələndə batil aradan gedər. Haqq gec gələr, ancaq güc gələr. Zalim qoum məhv olandır. Sən çox gözəl bilirsən ki, Bəqərə surəsinin 28-ci ayəsində Allah bizləri belə öyrədir-necə kafir olursuz Allah ilə oldunuz siz ölü, O sizi diri etdi, və sonra sizi meyyit edər və sonra sizi diri edər və sonra siz tərəfinə Onun qayıdarsız. Qardaşımız, biz bilirik ki, sən Quranın 6236 ayəsini Allahın istədiyi qədər bilirsən, ona görə də, sənə edilən bu haqsızlığa qarşı sən bu haqsızlığı edənləri əvf edib bağışlayarsan, necə ki, səndən öncə yaşamış rəsular kimi. Biz onu görürük ki, Yusif ə.s.-ma edilən haqsızlıq, ədalətsizlik, böhtan, iftira sənə də edilmişdir.Yusif ə.s. səbr edən kimi, biz də səni səbrə çağırırıq. Biz özümüz də bu hadisədə Yusif ə.s.-ın atası Yaqub ə.s. kimi, şikayətimizi Allaha edib, ümüdümizi Allaha bağlayıb, səbrli olmağı üstün tuturuq. Bir daha qeyd edək ki, sən həqiqətən XX əsrin axırı XXI əsrin əvvəlində Allah tərəfindən seçilib qaldırılmış Allahın rəsullarından, məhdilərindən, nəbilərindən, imamlarından birisən. Allahın sülhü və əminamanlığı , rəhməti və bərəkəti olsun sənin, ailənin və ümmətinin üzərinə.

Allahın lənəti olsun zalimlərə, böhtançılara, yalançılara, Allahın rəsullarına qarşı həddi aşanlara!
Amin! Amin! Amin!...
Həmd Allah üçündür – Rəbbidir aləmlərin!

 

 

Ibrahimi, Bakka

Copyright © 2001-2012 İbrahimoğulları
All rights reserved.
Do not duplicate or redistribute in any form
without agree from owner

Ana səhifə Ünsiyyət Bəyanatlar Video Açılışlar Əlaqə
free counters